• $
  • £

Kalmık Milli Dram Teatrı ölkəmizə səfər edəcək - Fotolar

Kalmık Milli Dram Teatrı ölkəmizə səfər edəcək - Fotolar
02.10.2015 12:09
Oktyabr ayının 9-dan – 11-dək Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı teatrımızın qonağı olacaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, iki teatr rəhbərliyi arasında imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən teatrın yaradıcı heyəti A.S.Puşkinin "Золотая рыбка” ("Qızıl balıq”) və Ə.Əmirlinin "Любящая женщина” ("Sevən qadın”) tamaşaları ilə çıxış edəcək.
 
Səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova olan "Золотая рыбка” tamaşasının quruluşçu rəssamı Saqlara Çulkayevadır. Səhnə əsərində Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.
 
"Любящая женщина” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Saqlar Çulkayevdır. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.
 
Məlumat üçün bildirək ki, "Золотая рыбка” tamaşası oktyabr ayının 9-da saat 12.00; 14.00; 16.00-da, oktyabr ayının 10-da saat 10.00; 12.00; 14.00; 16.00; 18.00-da, oktyabrın 11-də saat 10.00; 12.00 və 14.00-da, "Любящая женщина” tamaşası oktyabr ayının 11-də saat 19.00-da nümayiş etdiriləcək.
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol