• $
  • £

Musiqili Teatrda Yaradıcılıq Studiyası

Musiqili Teatrda Yaradıcılıq Studiyası
02.10.2015 16:12

Bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən "Gənclər nə istəyir?” mövzusundakı toplantıda tearın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış etmişdilər.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, onların arzu və təkliflərini nəzərə alan Dövlət Musiqili Teatrının rəhbərliyi məhz gənclərin daha effektli yaradıcı fəaliyyəti ilə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının yaradılmasına qərar verib. Teatrın direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayev hər zaman istedadlı gənclər üçün şərait yaratmağa, onlara dəstək olmağa hazır olduğunu bildirib. "Biz bu addımı milli teatr mədəniyyətinin inkişafını təmin etmək, gənclərdə musiqili teatra marağı daha da artırmaq, müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını istiqamətləndirmək məqsədilə atdıq. İstəyimiz kollektivimizin gənc üzvləri ilə yanaşı, musiqili teatr sənəti sahəsində təhsil alan xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı olan istedadlı gənclərin yaradıcılığına dəstək olmaq, novator səhnə formalarını tətbiq etmək, habelə gənclərin musiqili teatr janrındakı yaradıcılığına keyfiyyətli zəmin yaratmaqdır”, - deyə Əiqismət Lalayev bildirib.
 
Qeyd edək ki, Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərov Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində yaradılan Yaradıcılıq Studiyasının rəhbəri təyin olunub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol