• $
  • £

Şimon Peres: “Terrorçuları öldürməklə terrorun qarşısını ala bilmərik”

Şimon Peres: “Terrorçuları öldürməklə terrorun qarşısını ala bilmərik”
29.05.2020 09:38
"Əvvəlki əsr torpaq əsri idi və insanlar həqiqətən torpaqla yaşayırdılar. Ancaq indi elm üzərində yaşayırıq”.

APA-nın məlumatına görə, bu sözləri İsrailin keçmiş prezidenti Şimon Peres ADA Universitetində çıxışı  zamanı deyib.
 
Onun sözlərinə görə, insanlar torpaq üzərində yaşayanda müharibə edir: "Torpaq olanda onu müdafiə etməli oluruq, onun üçün döyüşürük. Bütün yerlərdə insanlar ordular qurublar, çoxsaylı qurbanlar olub.  Gənc insanlar həyatlarını itiriblər. İndi isə elm gəlir. Lakin bu zorakılığın sonu demək deyil. Elm özlüyündə münaqişə məsələsi deyil. Lakin elm yaxşı insanlar üçün də, pis insanlar üçün də əlçatandır. Hər kəs bundan istifadə edə bilər. Hazırda zorakılıq terrorla ölçülür. Terror müharibə deyil. Bu fərqli bir şeydir. 15 nəfər terrorçu gəlir və çoxsaylı insanı öldürür.  Mən qorxuram ki, biz terrorçuları öldürməklə terrorun qarşısını ala bilmərik. Hesabat verirlər ki, nə qədər terrorçu  hava zərbələri nəticəsində öldürülüb. Amma nə olur? Onlar daha da artırlar. Terrora son qoymağın yeganə yolu terrorçuları öldürmək deyil, terrorun səbəblərini məhv etməkdir. Gənc qadın və kişilər arasında yoxsulluğu, savadsızlığı, diskriminasiyanı, ümidsizliyi aradan qaldırmaq lazımdır.  Elm isə diskriminasiya etmir, milləti yoxdur. Rəngin ağ və ya qara olması fərq etmir”.
 
Şimon Peres axırıncı dəfə Azərbaycanda 6 il əvvəl olduğunu və Bakını tanıya bilmədiyini qeyd edib: "Bilirəm ki, Olimpiyada keçirmisiniz. Kimin necə, harada qalib gəldiyini bilmirəm. Amma bu Olimpiyadanın ən böyük qalibi Azərbaycan xalqı, onun prezidentidir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol