• $
  • £

Tarif Şurası daha 1126 dərman vasitəsinin qiymətini təsdiq etdi

Tarif Şurası daha 1126 dərman vasitəsinin qiymətini təsdiq etdi
29.05.2020 08:17
47 dərman vasitəsinin qiyməti oktyabrın 6-dan, 1079 dərman vasitəsinin qiyməti isə dekabrın 1-dən qüvvəyə minəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə,
Tarif (qiymət) Şurasının bu gün keçirilən növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.
 
Ümumilikdə isə, indiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.
 
Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
 
Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilmiş və oktyabr ayının 20-i sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.
 
Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və "Dərman vasitələri” bölmələrində yerləşdirilib.
 
Dərman vasitələrinin mövcud və Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərinin müqayisəli cədvəli məlumata əlavə olunur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol