• $
  • £

Köçəryan: “Mənim ən qorxulu ehtimallarım doğruldu”

Köçəryan: “Mənim ən qorxulu ehtimallarım doğruldu”
28.05.2020 23:42
Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkədə Konstitusiya dəyişiklikləri yolu ilə parlament respublikasına keçidi nəzərdə tutan ümumxalq səsverməsi layihəsini sərt tənqid edib. Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Köçəryan Konstitusiyaya dəyişiklik planlarını ölkəsi üçün real təhlükə adlandırıb:

"Mənim baxış bucağım dəyişməyib, ölkədə Konstitusiya islahatları keçirməyə, xüsusən belə radikal formada dəyişikliklərə ehtiyac yoxdur. Ölkə qarşısında duran bütün problemlər və çətinliklər indiki Konstitusiya ilə də həll oluna bilər. Konstitusiya layihəsinin içərisində təkpartiyalı sistemə, deməli, siyasi inhisar və durğunluğa aparan məqamlar var”.

Köçəryan layihənin qəbul olunacağı halda gələcəkdə Ermənistanı SSRİ-nin taleyinin gözlədiyini düşünür: "Sovet Konstitusiyasında qulağa xoş səslənən çox sözlər var idi, amma Konstitusiyanın 6-cı maddəsi ölkədə SSRİ Kommunist Partiyasının rəhbər rolunu müəyyənləşdirirdi və kommunistlərin siyasi monopoliyasının rəsmləşdirirdi. SSRİ-nin sonunun necə olduğunu hamımız bilirik”.

Köçəryan Konstitusiya layihəsinin geri çağırılmasının vacib olduğunu düşünür:

"Layihə Konstitusiyanın 89-cu maddəsinə görə parlamentdə yalnız 1 partiyanın dominantlığı ola bilər. Bu isə populyarlıq göstəricisindən asılı olmayaraq, ölkədə inzibati və maliyyə resurslarına malik təkhakimiyyətliliyin qurulması deməkdir. Ermənistanda partiya daxili demokratiyanın mövcud olmadığı şəraitdə isə bu böyük faciələrə yol açacaq. Konstitusiya layihəsinin mətni mənim ən qorxulu ehtimallarımı doğrultdu. Mən ölkəmin qaranlıq gələcəyinə qarşı çıxdığım üçün Konstitusiya layihəsinə etiraz edirəm. Ermənistanın gələcəyinə ağır zərbə vuracaq bir addım atılır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol