• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi

Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
29.05.2020 10:31
"Ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq lazımdır. Məhz kiçik və orta sahibkarlığı inkişaf etmiş ölkələr dünyada dayanıqlı, sabit inkişaflı ölkələr sayılır. Heç də böyük sahibkarlığı, iri korporasiyaları olan ölkələr inkişaf etmiş hesab edilmirlər. Onlarda iqtisadi sabitlik dayanıqlı olmur.”

Bu fikri Milli Məclisdə 6 komitənin birgə iclasındakı çıxışı zamanı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarlara lazımi şərait yaradılmasına, ilk növbədə vergi sistemində təkmilləşməyə ciddi ehtiyac olduğunu bildirib.

"Biz Azərbaycanda xidmət, kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün ciddi tədbirlər həyata keçirməliyik. Bu sahələrin inkişafı peşəkar mütəxəssislər tələb edir ki, bu mütəxəssislərin hazırlanması üçün də peşə təhsili sahəsi gücləndirilməlidir.

Azərbaycanda xidmət sahəsi inkişaf edir, müasir otellər, istirahət mərkəzləri yaradılır. Lakin ölkəyə turistlərin cəlb edilməsi üçün turizm sahəsi inkişaf etdirilməlidir. Turizm sahəsinin də inkişafı üçün gənc, peşəkar menecerlərə ciddi ehtiyac var. Hazırda bu sahədə çalışan menecerlərin çoxu xaricdən gələn mütəxəssislərdir. Biz bu sahənin inkişafı üçün yerli mütəxəssisləri hazırlamağa çalışmalıyıq." – deyə Asim Mollazadə əlavə edib. 

Millət vəkili həmçinin diplomatların maddi durumunun yaxşılaşdırılması təklifi ilə çıxış edib. O bildirib ki, "Diplomatik xidmət haqqında” qanuna görə rotasiya zamanı mərkəzi aparatda işləməli olan diplomatların maaşlarının artırılması vacibdir: "Bizim diplomatik korpusda bir neçə xarici dil bilən gənc, peşəkar diplomatlarımız fəaliyyət göstərir. Onlar rotasiya qaydasına uyğun olaraq, xaricdə diplomatik xidmət müddətləri başa çatandan sonra vətənə qayıtmalı və xidmətlərini mərkəzi aparatda davam etdirməlidirlər. Bu zaman onların maaşları diplomatik xidmət zamanı aldıqları maaşlara adekvat olmalıdır ki, öz maddi ehtiyaclarını təmin edə bilsinlər. Elə şərait yaratmaq lazımdır ki, illər ərzində yetişmiş bu savadlı, peşəkar insanlar vətənə qayıtsınlar və xidmət etsinlər. Hökumət bu istiqamətdə müvafiq addımlar atmalıdır.”

A.Mollazadənin kiçik və orta sahibkarlığın inkişafına dair təklifinə cavab olaraq maliyyə naziri Samir Şərifov bildirib ki, prezident də kiçik və orta sahibkarların dövlət tərəfindən dəstəklənməsi üçün tapşırıqlar verib və hökumət bu istiqamətdə müvafiq addımlar atacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol