Kalmık Teatrı qastrol tamaşalarına start verdi
Rusiya Federasiyası Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının yaradıcı heyəti qastrol tamaşalarının nümayişinə start verdi.
ANN.Az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 9-dan - 11-dək iki tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək kollektivin təqdim etdiyi ilk tamaşa azyaşlı izləyicilər üçün nəzərdə tutulub. A.S.Puşkinin "Золотая рыбка” ("Qızıl balıq”) əsəri əsasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Yelena İvanova, quruluşçu rəssamı isə Saqlara Çulkayevadır. Tamaşada Kalmıkiyanın Əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva iştirak edirlər.
Tamaşa bu gün saat 12.00, 14.00, 16.00, 18.00, oktyabr ayının 10-da saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da, oktyabr ayının 11-də isə saat 10.00, 12.00 və 14.00-da nümayiş etdiriləcək.
Oktyabr ayının 11-də saat 19.00-da təqdim olunacaq növbəti tamaşa Ə.Əmirlinin "Любящая женщина” ("Sevən qadın”) ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov tərəfindən səhnələşdirilib.
Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları, Kalmıkiyanın Əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış edəcəklər.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər