• $
  • £

Əziz Sancar əslində üçüncü nobelçi imiş - FOTO

Əziz Sancar əslində üçüncü nobelçi imiş - FOTO
12.10.2015 17:50
Bu gün bütün xəbərlərdə kimya üzrə ali mükafat alan Əziz Sancarın Orxan Pamukdan sonra ikinci Nobel qazanan şəxs kimi təqdim edilir.

Amma türk mediasının yazdığına görə, Əziz Sancar Nobel alan 3-cü türk əsilli şəxsdir. Əslində, Orxan Pamuk da ilk Nobel alan türk əsilli yazıçı deyilmiş. 

Türkiyədə dərc olunan "Agos" qəzetinin yazdığına görə, İzmirdə anadan olan Yarqo Seferis ədəbiyyat üzrə Nobel alan rumdur. O, 1963-cü ildə bu ada layiq görülüb.

Qəzet Yarqo Seferisi Türkiyə torpaqlarından çıxmış Nobel mükafatçısı kimi dəyərləndirib. İxtisasca diplomat olan Yarqi Seferis 1900-cu ildə İzmirdə, Urlada anadan olub. Ana və atası 1914-cü ildə Afinaya köçüb. 

1950-ci illərə qədər İzmirə dönməyən Seferisin ana vətənindən ayrı qalması, həsrət mövzusu şeir yaradıcılığında xüsusi dəst-xətt olaraq keçir.

20-ci əsrin ən tanınmış və önəmli yunan şairlərindən sayılan Seferis 1963-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, Yunanıstandakı xuntaa rejiminə qarşı mübarizə aparan ziyalılardan biri olub. Seferis mübarizə apardığı rejimin sona çatmasını görmədən, 1972-ci ildə vəfat edib.



  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən təsirli 5 dahi əsəri - SİYAHI
19:00
Dünyanın ən təsirli 5 dahi əsəri - SİYAHI
Əziz Sancar əslində üçüncü nobelçi imiş - FOTO
17:50
Əziz Sancar əslində üçüncü nobelçi imiş - FOTO
84 yaşlı aktyor özündən 60 yaş balaca tələbəsi ilə ailə qurdu - FOTOLAR
20:38
84 yaşlı aktyor özündən 60 yaş balaca tələbəsi ilə ailə qurdu - FOTOLAR
Elnur Hüseynov birinci oldu - FOTO
00:22
Elnur Hüseynov birinci oldu - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol