Hüseyn Cavidin 133 illiyi ev muzeyində qeyd ediləcək
Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 133 illiyi ev muzeyində qeyd ediləcək.
Bu barədə "Report"a Hüseyn Cavidin ev muzeyinin elmi katibi Natiq Mürsəlov məlumat verib.
O xatırladıb ki, oktyabrın 24-də dahi H.Cavidin anadan olmasından 133 il ötür: "Bu münasibətlə muzeydə elmi konfrans keçiriləcək. Konfransın mövzusu - "Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu" adlanır. Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyatşünas alimlərinin iştirak edəcəyi konfransda 33 məruzəçi çıxış edəcək".
Xatırladaq ki, oktyabrın 2-də H.Cavidin qızı Turan Cavidin, oktyabrın 22-də dramaturqun oğlu Ərtoğrol Cavidin doğum günləridir.
www.ann.az