• $
  • £

Nüfuzlu "Man Booker" ədəbi mükafatı Yamaykaya getdi

Nüfuzlu
15.10.2015 00:14
İngilisdilli yazıçıların nüfuzlu "Man Booker" nəsr mükafatının 2015-ci il qalibi açıqlandı. Bu, Yamayka yazıçısı Marlon James və onun "Yeddi qətlin qısa tarixçəsi" ("A Brief History of Seven Killings") romanıdır.

Mükafatın 50 min funt sterlinqlik məbləği yazıçıya təqdim olunub.

"Ürəyi zəif olanlara məsləhət görülməyən, şok dəstə zorakılıqları, qrafik seks, narkotik qaçaqmalçılığı və çoxlu yumoru olan bir romandır" -  münsiflər təqdimetmə mərasimində belə deyiblər.

Roman qaradərili müğənni Bob Marley'nin 1976-cı ildə qətlə yetirilməsi süjet xətti ətrafında cərəyan edir.

Münsiflərin rəhbəri Michael Wood mətbuat açıqlamasında deyib:

"Fövqəladə kitabdır. Çox həyəcanlı, çox zorakı, adam oxuyanda həyəcandan tər tökür. Bu kitabı seçməkdə heç bir çətinliyimiz olmadı. Qərar anonim verildi."

Ancaq kitab bütün zövqlər üçün deyil, - münsiflər bunu da qeyd ediblər, əgər kimsə bu mükafatın qalibinin əsərini anası üçün qiraət edirsə, o, bunu bəyənməz.

Qısa siyahıdakı altı kitab arasından kitabı seçilən Marlon James 44 yaşındadır, bu mükafatı alan ilk yamaykalıdır. Mükafatı qəbul edərkən o, deyib: "Man Booker" mükafatı mənim ədəbi həssasiyyətimi formalaşdırmaqda böyük rol oynayıb. Bu mükafat adamın kitabxanasını qəflətən 13 kitab genişlədir."

Mükafatın Yamaykaya getməsinin bütün Karib hövzəsi ədəbiyyatına böyük diqqət çəkəcəyi deyilib.

Oxu Zalı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol