• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

"Nizami" stansiyasının ən yaxşılar sırasına çıxması böyük uğurdur" - Nəsimi Paşayev

28.05.2020 22:48
Metronun "Nizami” stansiyasının dünyanın ən yaxşı metrostansiyaları arasında olması böyük uğurdur” - Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev yeraltı nəqliyyat dünyası ilə bağlı sonuncu nailiyyəti şərh edərkən belə deyib.

ANN.Az xəbər verir ki, qurumun sözçüsü metronun "Nizami" stansiyasının ən yaxşılar sırasına seçilməsinin birinci səbəbi oranın daxili arxitektura, memarlıq üslubu ilə bağlıdır: "Həmin stansiyanın dəhlizinə yerləşən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin nümunələri stansiyaya ayrı bir ruh verir və əgər stansiya dahi şairin adını daşıyırsa, memarlıq üslubunu da bunlarsız təssəvvür etməmək mümkün deyil”.
 
Qeyd edək ki, ötən gün "Qafqaz Xəbərləri" nəşri dünyanın ən gözəl stansiyalarının reytinqini dərc edib. Siyahıda Bakı Metropoliteninin "Nizami" stansiyası da yer alıb.

"Nizami" stansiyası Bakı metropoliteninin ilk xəttinin sonuncu stansiyasıdır. Mühüm inzibati və elmi mərkəzlərin yerləşdiyi Bakının dağlıq hissəsinə aparan metropoliten xəttinin əvvəli burdan başlanır. Amma bu stansiyanın reytinqdə yer almasının tək səbəbi bu deyil.

Nəşrdə qeyd edilir ki, "Nizami" - eskalatorlarla təchiz edilmiş dərin stansiyadır. "Azad qadın" heykəlinin yaxınlığında yerləşir. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən gözəl nümunələrindən istifadə edilib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılmış "Nizami" stansiyası Bakı Metropoliteninin ən gözəl işlənmiş stansiyalarından biridir. Bu stansiya SSRİ xalq memarı akademik M. Useynovun layihəsi üzrə inşa edilib. Yeraltı metro stansiyasını Nizami Gəncəvinin mozaika portreti və onun əsərlərinin pannosu bəzəyir.

Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İşə ictimai nəqliyyatda getməyin FAYDASI
04:27
İşə ictimai nəqliyyatda getməyin FAYDASI
22:48
"Nizami" stansiyasının ən yaxşılar sırasına çıxması böyük uğurdur" - Nəsimi Paşayev
Aydın Əliyev:
15:53
Aydın Əliyev: "Asan olsaydı, bu iş 3 aya deyil, 3 günə görülərdi" - FOTOLAR
Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?
12:00
Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?
Kreditlərin silinməsi ilə bağlı şaiyələrə rəsmi cavab
12:10
Kreditlərin silinməsi ilə bağlı şaiyələrə rəsmi cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol