• $
  • £

Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru vəzifəsinə bərpa olunub

Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru vəzifəsinə bərpa olunub
29.05.2020 05:32
"Dilçilik İnstitutunda olan fəaliyyətimi dayandırmışam. Akademiya rəhbərliyinin qərarına əsasən, bu gündən etibarən işə çıxmıram".
 
Bunu "Report"a açıqlamasında Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən professor Möhsün Nağısoylu bildirib.

Dilçilik İnstitutundan isə "Report"un sorğusuna cavab olaraq fakt təsdiqlənib: "Direktor vəzifəsini icra edən professor Möhsün Nağısoylu İnstitutda olan fəaliyyətini dayandırıb. Akademik Tofiq Hacıyev vəzifəsinə bərpa edilib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru kimi öz vəzifəsinin icrasını davam etdirəcək".

Xatırladaq ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev iyulun 24-də tutduğu vəzifədən azad olunması ilə bağlı ərizə yazıb. AMEA prezidenti Akif Əlizadənin imzaladığı sərəncamla Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən təyin olunub. Sentyabrın əvvəlində akademik Tofiq Hacıyev tutduğu vəzifədən azad olunmasıyla bağlı yazdığı ərizəni geri götürmək məqsədi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə yazılı müraciət edib. Sentyabr ayından etibarən institutda iki direktor bir yerdə fəaliyyət göstərirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol