• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək

Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
29.05.2020 05:51
Bakı şəhərinin Heydər Əliyev prospektinə gəlir əldə etmək imkanına malik olan, səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlər də köçürüləcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

"Heydər Əliyev prospektində yerləşən qurumları təmiz dövlət orqanı saymaq olmaz. Onların bir hissəsi səhmdar cəmiyyətdir. Düzdür həmin müəssisələrin səhmləri dövlətə məxsusdur, lakin bu orqanlar gəlir əldə etmək imkanına malik səhmdar cəmiyyətlərdir və ya fondlardır. 

Onlar özlərinə, öz imiclərinə uyğun olaraq yeni yaraşıqlı bina tikə bilərlər ki, bu da həmin qurumun müəyyən bir potensialını göstərir.

Bu, həm də dağınıq şəkildə olan müxtəlif xırda inzibati qurumlarının bir yerdə cəmləşdirməsinə imkan verir. Bütün bunlar iş nöqteyi-nəzərdən də məqsədəuyğundur”, - deyə D. Dövlətxanov vurğulayıb.

Sədr müavini bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinə Mərkəzi Bank, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binası köçürüləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol