• $
  • £

“Biz teatrı sevirik” layihəsi davam edir

 “Biz teatrı sevirik” layihəsi davam edir
22.10.2015 14:25
Ölkəmizdə fəaliyyət göstərən ən aparıcı ali və orta təhsil müəssisələri ilə birgə həyata keçirdiyi tədbirlər, maraqlı layihələr, eləcə də tamaşaları ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı öz ənənəsinə sadiq qalmaqdadır.

ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, "İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”, "Biz teatrı sevirik”, "Mən teatr haqqında danışmaq istəyirəm”, "Teatr, təhsil və mənəviyyatımız”, "Zirvədəki şəxsiyyətlər”, "Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbirlər teatrın müxtəlif vaxtlarda uğurla həyata keçirdiyi layihələrdəndir.

Məktəblilərin hərtərəfli tərbiyəsi, onlarda teatra sevgi hisslərinin aşılanması və teatra fəal cəlb olunması məqsədilə teatrın uğurla həyata keçirdiyi "Biz teatrı sevirik” layihəsi yaxın günlərdə Xəzər rayonu şəhid Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəblə birgə baş tutacaq.

Layihə çərçivəsində teatrın aktyorları, yaradıcı heyəti ilə görüşlər, disputlar, foto-sərgilər, müsabiqələr, tematik gecələr, tamaşalardan parçalar nümayiş etdiriləcək.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol