• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar

Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
29.05.2020 02:03
Bu gün Bakı şəhərində "Port Baku"nun nəzdində "Port Baku Bazar” mağazası istifadəyə verilib.
 
"Report"un məlumatına görə, mağazanın ərazisi 3 500 kvadrat metr, ticarət zonası isə 1 500 kvadratmetrdir.

"Port Baku Bazar" mağazasının baş direktoru Ümüd Əsər açılış mərasimində çıxış edərək bildirib ki, qurman mağaza olaraq nəzərdə tutulan "Port Baku Bazar"ın dünyada analoqu azdır: "Mağazada müştərilərə 18 min çeşiddə məhsullar təqdim olunur. Biz ağzının dadını bilən, keyfiyyətli məhsulları istifadə edən müştərilərə xidmət etmək üçün mağazamızı açdıq. Avropanın bir çox ölkələrindən, ümumiyyətlə, 40 ölkədən mağazamıza mallar gəlir. Məhsullarımızın 60-70 faizi xaricdən gəlir. Həftədə iki gün Lüksemburqdan təyyarə ilə təzə qida gətirmə xidmətimiz var. Mağazada yerli məhsulları da satırıq. Aldığımız yerli məhsulların da keyfiyyətli olmasına xüsusi diqqət yetiririk".

"Port Baku Bazar”da təkcə Bakıda deyil, ümumiyyətlə bütün Azərbaycanda ilk dəfə olaraq Premium Gourmet qastronomunun qida məhsulları, alkoqollu və alkoqolsuz içkiləri, delikatesləri, hədiyyəlik dəstləri və bu qəbildən olan digər məhsulları təklif edilir. Ərzaqların keyfiyyəti ilə bərabər, "Port Baku Bazar”da həm də peşəkar konsultantlar tərəfindən istənilən məhsul haqqında ətraflı məlumat verilir.

Mağazanın balıq şöbəsində həftədə iki dəfə xüsusi olaraq Avropadan təyyarə ilə gətirilən təzə balıqlar və dəniz məhsulları təqdim olunur. Burada Şotland qızılbalığı, hisə verilmiş anqvil, paltus, təzə krevet təqdim olunur. Bununla yanaşı, rəflərdə hər zaman diri omar, lanqust və krab da görmək mümkündür. Şöbədə, həmçinin, Uzaq Şərq balıqlarının da bir çox çeşidi var.

Eyni zamanda, mağazada mütəmadi olaraq lotereya çəkilişi olacaq və qalib müştərilərə hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, mağazada həm də restoran fəaliyyət göstərir. Müştərilər burada həm alış-veriş edə, həm də restoran xidmətindən yararlana bilərlər. Restoranın tərtibatı bağ köşkü üslubundadır. Burada geniş çeşiddə Aralıq dənizi mətbəxi də təklif edirik. "Port Baku Bazar” restoranının içki menyusuna unikal kokteyllər, detoks-pəhrizlərinin bir hissəsi olan sağlam içkilər və dünyanın 5 müxtəlif ölkəsindən gətirilmiş 21 növ viski də daxil edilib. Açıq mətbəxin olması da restoranın özünəməxsus cəhətlərindən biridir. İstəyən hər kəs tam rahatlıqla yaxınlaşa, yeməklərin hazırlanma prosesi ilə tanış ola bilər.
 
















www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
10:09
"Kapital Bank"a silahlı basqın olub, mühafizəçi yaralanıb - Fotolar
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar
02:03
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar
Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
02:03
Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
Mübariz İbrahimov haqda cizgi filmi hazırlanır - FOTOLAR
02:00
Mübariz İbrahimov haqda cizgi filmi hazırlanır - FOTOLAR
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
21:28
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - Fotolar
17:59
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - Fotolar
İlham Əliyev Fransadadır - Fotolar
09:24
İlham Əliyev Fransadadır - Fotolar
Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
19:17
Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
09:29
Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol