Azərbaycanın musiqisi tarixə düşdü - VİDEO
Moskvada Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Araş və Aysel Teymurzadə tarixə düşüb
ANS PRESS-in məlumatına görə, 60 illik tarixində ən çox bal toplayan mahnıların siyahısı hazırlanıb. Aleksandr Rıbak "Fairytail" mahnısı ilə 387 xal toplayaraq siyahının başında gəlir.
2012-ci ildə keçirilən müsabiqədə qalib olan İsveç təmsilçisi Lorin isə "Euphoria" mahnısı ilə 372 xal toplayaraq ikinci yeri tutub.
2010-cu ildə ölkəmizi bu müsabiqədə təmsil edən Araş və Aysel Teymurzadənin ifa etdiyi "Always" mahnısı isə 253 xal toplayıb və siyahıda 16-cı yerdə qərarlaşıb.
Aysel və Araş 2009-cu ildə Moskvanın "Olimpiysk" kompleksində keçirilən Avroviziya müsabiqəsində "Always" mahnısı ilə ölkəmizə üçüncülük qazandırıb.
Aysel Teymurzadə 2011-ci ildə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. 2012-ci ilin yaz aylarında pianoçu Murad Adıgözəlovla ailə həyatı qurub. Bu nikahdan 1 oğlu və 1 qızı var.
www.ann.az
Son xəbərlər
Daha çox