• $
  • £

9 yaşlı azərbaycanlı qız Lara Fabianla duet oxudu – VİDEO

9 yaşlı azərbaycanlı qız Lara Fabianla duet oxudu – VİDEO
26.10.2015 14:49
Dünyaca məşhur pop ulduzu Lara Fabian İstanbulda konsert verib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Lara Fabian İstanbulda olmağın onun üçün bir zövq olduğunu ifadə edərək "İnanın, türk dilində söyləməyi diləyirəm, amma musiqi yolu ilə ürəyimin dilini anlamanız üçün bu gecə əlimdən gələnin ən yaxşısını edəcəyəm.

Burada olduğunuz üçün çox təşəkkür edirəm” deyib.

Məşhur ulduz Ankaradakı terror hücumlarına toxunaraq bunları söyləyib:

"Sevgili İstanbul. Eynisini Ankara üçün də söyləməyi istərdim. İnsanlıq yaralanır. Biz həqiqətən bu gün burada olmaq ya da olmamaq haqqında çox düşündük, amma sonra sizlə birlikdə olmağımın lazım olduğuna qərar verdim. Çünki belə zamanlarda birlikdə olmalıyıq. Bəlkə musiqi sülhü və dözümlülüyü özü ilə gətirər”.

Konsertdə diqqət çəkən məqamlardan biri də 9 yaşlı azərbaycanlı qızcığazın çıxışı olub. Fidan Hüseynova  Lara Fabianla birgə "Je t’aime” mahnısını səsləndirib.

Xatırladaq ki, ötən ilin noyabrda ulduzun Bakıda Heydər Əliyev səhnəsində çıxışı zamanı Fidan Hüseynova onunla birlikdə duet ifa etmişdi.




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol