• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

“Report” informasiya agentliyinin bir yaşı tamam olur - Video

“Report” informasiya agentliyinin bir yaşı tamam olur - Video
28.05.2020 23:16
Bu gün "Report” informasiya agentliyinin (İA) fəaliyyətə başlamasından bir il ötür.

ANN.Az xəbər verir ki, Report” İA ötən bir il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri oxuculara operativ şəkildə çatdıraraq geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, "Report” İA-nın əsas veb-resursu olan saytının www.report.az saytı ötən dövr ərzində digər mətbuat orqanları üçün özünü etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziyalar, radiolar, qəzetlər, xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dilində olan versiyaları vasitəsilə Azərbaycanla bağlı xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Ötən bir illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb. Ən mühüm hadisələrdən biri kimi Bakıda keçirilən və bütün Avropanın idman hadisəsinə çevrilən Bakı-2015 I Avropa oyunlarını qeyd etmək olar.

"Report” Agentliyi Bakı-2015 ilk Avropa Oyunlarına həsr edilmiş məlumatların yayım sayına və keyfiyyətinə görə ölkənin ən qabaqcıl informasiya resurslarından biri olub. Belə ki, Oyunlar keçirilən dövr ərzində www.report.az 2172 xəbər yayıb.Bunlardan 1003-ü Azərbaycan, 631-i rus, 538-i ingilis dillərində olan xəbərlərdir."Report” oxucularının Avropa Oyunları zamanı agentliyin saytı vasitəsilə yarışları canlı izləmək, həmçinin yarışların ən maraqlı anlarından fotosessiyalarla tanış olmaq imkanı olub.

"Report” 2014-cü il dekabr ayının 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərini yüksək səviyyədə işıqlandırıb, hazırda isə V çağırış Milli Məclisə seçkilərlə bağlı ən son xəbərləri çatdırır.

"Report” əməkdaşlarının fəaliyyəti ötən dövrdə dövlət səviyyəsində yüksək qiymətə layiq görülüb. Belə ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncamla "Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə "Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin, daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən "Report” İA-nın fotomüxbiri Orxan Əzimovu qəbul edib və ona nazirliyin "Fəxri fərmanı”nı təqdim edib.

"Report” informasiya agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

"Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 140-150, rus dilində 80-90, ingilis dilində 40-50 xəbər istehsal edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN-in qadın xilasediciləri - VİDEO
10:57
FHN-in qadın xilasediciləri - VİDEO
Bakıda kranla evlilik təklifi – VİDEO
10:23
Bakıda kranla evlilik təklifi – VİDEO
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
10:01
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
06:49
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
Tələbələrə şad xəbər - Video
06:45
Tələbələrə şad xəbər - Video
Bakıda “kley iyləyənlər” - VİDEO
06:44
Bakıda “kley iyləyənlər” - VİDEO
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
06:42
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
Polisi sürüyən sürücü tutuldu - VİDEO
06:38
Polisi sürüyən sürücü tutuldu - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol