• $
  • £

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi yad edildi

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi yad edildi
27.10.2015 13:50
Bu günlərdə dünyasını dəyişən Azərbaycan Resrublikasının Əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, dahi Üzeyir Hacıbəylinin "Ər və arvad” tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşada rolları Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.
 
 
"Tamaşamızın budəfəki nümayişini sənət dostumuz Gülnar Salmanovanın xatirəsinə həsr etdik. Bu barədə tamaşadan əvvəl elan olundu. Bu bizi daha da yaxşı, daha da ilhamla oynamağa sövq etdi. Tamaşa boyu elə bilirdik ki, uzun illər səhnəni bölüşdüyümüz aktrisamızın ruhu da bizimlə burda – bu səhnədə, bu zaldadır”, - deyə Xalq artisti Fatma Mahmudova bildirib.
 
 
"Ölüm haqdır, hamımız bu dünyadan bir gün köçüb gedəcəyik. Amma gələcək nəsillərə bizdən yadigar yaradıcılığımız qalacaq. Allah dünyasını dəyişmiş bütün sənətkarlarımıza rəhmət eləsin. Gülnar xanımın əziz xatirəsi daima qəlbimizdə yaşayacaq”, - deyə mərhum aktrisanın digər sənət dostu Möylə Mirzəliyev söyləyib.
 
 
Qeyd edək ki, Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1981-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi. Əsasən "Subretka” ampluasında çıxış edirdi. Aktrisanın "50 yaşında cavan” tamaşasındakı Gülnaz, "Beş manatlıq gəlin”də Naznaz, "Özümüz bilərik”də Ceyran, "Subaylarınızdan görəsiniz”də Çarliston, "Bankir adaxlı”da Maral, "Məhəbbət oyunu”nda Ceyran, "Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol