• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

"Wizz Air" Azərbaycanla müqavilə bağladı - FOTOLAR

28.05.2020 23:22
"Wizz Air" "Budapeşt-Bakı-Budapeşt" müntəzəm reyslərin bərpası barədə razılığa gəlib.

ANN.Az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Macarıstan-Polşa büdcə aviaşirkəti "Wizz Air" "Budapeşt - Bakı - Budapeşt" müntəzəm reyslərin bərpası barədə razılığa gəlib.

Bu məqsədlə bu gün "Wizz Air" və "Ground handling Company" arasında reyslərə xidmət üzrə saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən "Ground Handling Company"nin ("Silk Way Holding"in törəmə şirkəti) icraçı direktoru İlqar Ələkbərov, "Wizz Air" şirkəti tərəfindən isə Yojef Vaadi imzalayıb. 

İmzalanmış saziş əsasında "Wizz Air" 2016-ci ilin mart ayından etibarən "Budapeşt-Bakı-Budapeşt" marşurutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İlkin olaraq, aviaşirkət uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayı iki dəfəyə qədər artacaq. 

Əldə olunan razılaşmaya əsasən, "Wizz Air" bütün il ərzində "Budapeşt-Bakı-Budapeşt" müntəzəm reyslərini həyata keçirməyi öz öhdəsinə götürür.

Bundan öncə "Wizz Air" aviaşirkəti iki dəfə -  2013-2014-ci ilin yalnız yay mövsümündə Azərbaycanda uçuşlar həyata keçirmişdi.

18 may 2013-cü il tarixindən 25 oktyabr 2014-cü il tarixinə qədər olan dövr ərzində həftədə 2 dəfə olmaqla cəmi 143 reys həyata keçirilib.
 
 

 
 

 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
09:23
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
23:22
"Wizz Air" Azərbaycanla müqavilə bağladı - FOTOLAR
Bakıda 12 milyon manata villa satılır - FOTOLAR
22:06
Bakıda 12 milyon manata villa satılır - FOTOLAR
Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR
11:06
Vahid kart sistemi ictimaiyyətə təqdim olundu - FOTOLAR
Bakcell-in ALOV smartfonunun obyektivində Bakı - FOTOLAR
13:45
Bakcell-in ALOV smartfonunun obyektivində Bakı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol