"Stullar" əsərinin premyerası ilin sonunda olacaq
Səhnə əsərinin son məşqləri gedir
Azərbaycan Teatr Xadimləri İttifaqında İoneskonun "Stullar" əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir.
Teatr Xadimləri İttifaqının katibi Hacı İsmayılov "Report"a açıqlamasında deyib ki, tamaşa dekabrda təhvil veriləcək.
Onun sözlərinə görə, səhnə əsərinin premyerası ittifaqın Mustafa Mərdanov səhnəsində olacaq: "Hazırda tamaşanın məşqləri gedir. Tamaşanın ilk nümayişi dekabrda olacaq. Əsərdə xalq artistləri Həmidə Ömərova, Rafiq Əzimov və mən çıxış edəcəm".
Tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdir.
www.ann.az
Son xəbərlər
Daha çox