• $
  • £

Musiqili Teatrda 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq

Musiqili Teatrda 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq
28.10.2015 13:31
 
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 30, 31 oktyabr və 1 noyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşalarından gedir.
 
Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə,  aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm balaca, həm də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 30 oktyabr saat 19.00-da R. Hacıyevin "Qafqazlı qardaşqızı” əsəri rus dilində, 31 oktyabr saat 12.00, 14.00 və 1 noyabr 12.00-da O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər”  tamaşası isə uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol