• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Bakıda ölən körpələrin meyiti necə səhv düşdü? - VİDEO

Bakıda ölən körpələrin meyiti necə səhv düşdü? - VİDEO
28.05.2020 23:16
Sabirabad rayonunda oktyabr ayının 13-də doğulan qız uşağına həkimlər oksigen çatışmazlığı diaqnozu qoyublar və təcili əməliyyat olunmasını məsləhət biliblər.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, valideynləri onu dərhal Bakıya gətirib, 8 gün əvvəl Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməliyyat etdiriblər. Lakin körpə bu gün dünyasını dəyişib. Meyitini Sabirabada aparan yaxınları onu dəfnə hazırlayarkən dəhşətə gəliblər. Meyit oğlan çıxıb.

Uşağın yaxınları indi öz qızlarını axtarırlar. Başqa ailənin oğlan uşağının meyitini isə basdırıb-basdırmayacaqlarını bilmirlər.

İnstitutun Reanimasiya Şöbəsinin müdiri Solmaz Eyvazova cəsədin Salyan rayonundan olan yeni doğulmuş və eyni xəstəlikdən əziyyət çəkən oğlan uşağına məxsus olduğunu deyib. Həkimlər qol birkalarını dəyişik saldığından meyitlər səhvən ayrı-ayrı rayonlara gedib. Hadisəni mexaniki səhv adlandıran Solmaz Eyvazova Salyanlı valideynlərin hadisədən xəbərsiz olduğunu bildirib.

Bu səbəblə də səhvən qız uşağını oğlan adı ilə basdırdıblar. Ailəyə xəbər verildikdən sonra onlar qəbri qazıb və uşağı ordan çıxardıblar.

Səhiyyə Nazirliyi uşaqların dəyişdirilməsi üçün nəqliyyat vasitəsi ayırıb. Uşaqların meyitləri Salyan və Sabirabadla dəyişdirildikdən sonra torpağa tapşırılacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN-in qadın xilasediciləri - VİDEO
10:57
FHN-in qadın xilasediciləri - VİDEO
Bakıda kranla evlilik təklifi – VİDEO
10:23
Bakıda kranla evlilik təklifi – VİDEO
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
10:01
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
06:49
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
Tələbələrə şad xəbər - Video
06:45
Tələbələrə şad xəbər - Video
Bakıda “kley iyləyənlər” - VİDEO
06:44
Bakıda “kley iyləyənlər” - VİDEO
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
06:42
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
Polisi sürüyən sürücü tutuldu - VİDEO
06:38
Polisi sürüyən sürücü tutuldu - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol