• $
  • £

Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS

Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS
30.10.2015 10:29
Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib.
 
ANN.Az xəbər verir ki, Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.

"Media və Təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda növbəti təlim konfransının rəhbərlik etdiyi ali məktəbdə keçirilməsində məmnunluğunu ifadə edən ADNSU-nun rektoru Mustafa Babanlı tədbir iştirakçılarını salamlayıb və ölkəmizdə həyata keçirilən genişmiqyaslı təhsil islahatlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında medianın rolunun əhəmiyyətini vurğulayıb.

Konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyyələr səsləndirib.
 
Qeyd edək ki, bu təlim konfransı Təhsil Nazirliyinin "Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rus dilini öyrənmək lazımdırmı?
02:23
Rus dilini öyrənmək lazımdırmı?
Azərbaycan qadınlarının siyasi iştirakçılığı araşdırıldı - FOTO
23:21
Azərbaycan qadınlarının siyasi iştirakçılığı araşdırıldı - FOTO
Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS
10:29
Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS
Terrorun gizlində qalmış ANATOMİYASI
18:35
Terrorun gizlində qalmış ANATOMİYASI
Mahal İsmayıloğlu vəfat etdi
14:24
Mahal İsmayıloğlu vəfat etdi
“Bir kəndin məşhurları
21:05
“Bir kəndin məşhurları" - Ağdamın Abdal-Gülablı kəndinin tanınmışları
140 illik mətbuatımızın ən acı taleliləri - SİYAHI
23:00
140 illik mətbuatımızın ən acı taleliləri - SİYAHI
Azərbaycanlı nazirlər ruslara uduzdu
16:00
Azərbaycanlı nazirlər ruslara uduzdu
Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşı saxlanıldı
18:30
Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşı saxlanıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol