• $
  • £

Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başladı - Fotolar

Musiqili Teatrda Yaradıcılıq Studiyası fəaliyyətə başladı - Fotolar
30.10.2015 14:20

Azərbaycan Dövlət Musiqili Teatrında Yaradıcılıq Studiyası bu mövsümdə yenidən fəaliyyətə başlayıb.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, tanınmış rejissor Əsgər Əsgərov olan studiyanın ilk məşğələsi keçirilib.
 
Məşğələdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak ediblər. Öncə Ə. Əsgərov Yaradıcılıq Studiyası, onun məramı, gələcək fəaliyyəti, hədəfləri və planları haqqında məlumat verib. O bildirib ki, studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər də təmsil olunurlar. N. İsmayılzadə və Ə. Lalayev yeni təşkil olunan Yaradıcılıq Studiyasının gənc üzvlərinə xeyir-dua verərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara hər zaman dəstək olacaqlarını bildiriblər. "Biz bu yaxınlarda teatrımızda "Gənclər nə istəyir?” mövzusundakı toplantı keçirdik. Teatrımızın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış etdilər. Biz də onların arzu və təkliflərini nəzərədən keçirdik və məhz gənclərin daha effektli yaradıcı fəaliyyətlə məşğul olmasını təmin etmək üçün Yaradıcılıq Studiyasının təşkil olunmasına qərar verdik. İnanırıq ki, bu addımımız milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsində, gənclərdə musiqili teatra marağın daha da güclənməsində, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsində mühüm rol oynayacaq.
 
Əsas amacımız xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı ilə seçilən istedadlı gənclərə dəstək olmaqdır”, - deyə Əliqismət Lalayev çıxışı zamanı bildirib. Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasına istedadlı gənclərin qəbulu davam edir.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol