Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək
Azərbaycanın görkəmli teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi qeyd olunacaq.
"Report" xəbər verir ki, yubiley tədbiri noyabrın 24-də sənətkarın uzun illər işlədiyi Akademik Milli Dram Teatrında baş tutacaq.
Yubiley gecəsində Səyavuş Aslanın sənət dostları, doğmaları iştirak edəcək.
Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib.
1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox