• $
  • £

“2018-ci il dünya çempionatına ev sahibliyi gizli razılaşma nəticəsində Rusiyaya verilib”

“2018-ci il dünya çempionatına ev sahibliyi gizli razılaşma nəticəsində Rusiyaya verilib”
29.05.2020 08:17
FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib.

APA-nın xəbərinə görə, Y. Blatter bunu Britaniyanın "The Financial Times” qəzetinə müsahibəsində deyib. O bildirib ki, gizli razılıq FİFA ali rəhbərliyində əldə olunub və səsvermənin nəticələrini saxtalaşdırmağı da nəzərdə tutub: "Razılaşdırılan və yazılı olmayan qərar onu nəzərdə tuturdu ki, səsvermə nəticəsində biz iki nəhəng derjava – Rusiya və ABŞ-ı seçəcəyik”.     

Qeyd edək ki, ABŞ 2022-ci il dünya çempionatına ev sahibliyi etmək arzusunda olub, lakin səsvermədə Qatara uduzub. Gizli razılıq barədə qərarın FİFA İcraiyyə Komitəsinin bütün üzvləri tərəfindən qəbul edilib-edilmədiyi haqda sualı cavablandıran Blatterin sözlərinə görə, qərarı İK qəbul etməyib: "Bu, kulisarxası qərar idi, hər hansı müşavirə olmayıb”.
 
Y. Blatter UEFA prezidenti Mişel Platininin öz səsini Qatara verərək 2022-ci il dünya çempionatı ilə bağlı razılaşmanı pozduğunu və bunun ABŞ-ın qəzəbinə səbəb olduğunu vurğulayıb.

Xatırladaq ki Y. Blatter daha öncə dünya çempionatlarının ev sahibliyi uğrunda mübarizəni uduzan dövlətləri FİFA-nı parçalamaq kampaniyası aparmaqda ittiham etmişdi. O, FİFA-dakı korrupsiya qalmaqalının ABŞ-Rusiya konfliktindən qaynaqlandığını söyləyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol