Habil Əliyevin xatirə gecəsi keçiriləcək
Beynəlxalq Muğam Mərkəzind görkəmli kaman ustadı, Azərbaycanın xalq artisti Habil Əliyevin xatirə gecəsi keçiriləcək.
Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Xatirə gecəsi noyabrın 13-də saat 19.00-da keçiriləcək.
Mərasimdə Habil Əliyevin sənət dostları, ailə üzvləri, elm və mədəniyyət xadimləri iştirak edəcək.
Xatırladaq ki, Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib.
www.ann.az
Son xəbərlər
Daha çox