Təbrizdə qatarlara kitabxana qoyurlar
Iran şəhərlərarası qatarlarda kitabxanalar yerləşdirir
İran Dəmiryolları Firması rəhbəri Həsən Musəvinecat qatarlara kitabxana yerləşdirmək üçün lazımi icazənin alındığını deyib. Hər qatarda 500 kitab olacaq.
Bu layihəyə 14 noyabrda İranda 23-cü Kitab həftəsindən etibarən başlanacaq. Kitabları Dəmiryolları Firmasına İran Kitab Evi qurumu verəcək.
Onlar qatarlarda e-kitab sistemi də qurmağı planlaşdırırlar. İndi onlar qatar yolçuları üçün uyğun kitabları seçirlər.
İran Dəmiryolları Firmasının direktoru deyib ki, onlar hər səfərdə 400-ə yaxın yolçu daşıyırlar. Kitab seçimi otuz-qırx faiz sərnişinin istəklərinə uyğun olmalıdır.
Adətən dəmiryollarından tələbələr istifadə edirlər.
Hələlik Tehran-Təbriz və Tehran-Məşəd qatarlarında kitabxana qurulacaq. /Azadliq.org
www.ann.az
Son xəbərlər
Daha çox