• $
  • £

Azərbaycan qadınlarının siyasi iştirakçılığı araşdırıldı - FOTO

Azərbaycan qadınlarının siyasi iştirakçılığı araşdırıldı - FOTO
28.05.2020 23:21
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan qadınlarının siyasi iştirakçılığı" mövzüsunda dinləmə keçirilib. 

ANN.Az xəbər verir ki, tədbirin təşkilatçısı Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı layihə haqqında məlumat verib. O, qeyd edib ki, ölkənin 85 rayonu üzrə icra hakimyəti başcısının qadın müavinlərinin sayı artırılaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlkinə nisbətən 35 faizə qalxıb. Milli Məclisə 5-ci çağırış seçkilərində ilkin nəticələrə görə 125 millət vəkilindən 21-i qadındır. 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinini nümayəndəsi Vüqar Səlimov müstəqillik qazandıqdan sonra Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolunun daha da artdığını bildirib. O, 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, elə həmin il Milli Məclisdə "Gender bərabərliyi" aktının qəbul olunduğunu qeyd edib: "Dövlət tərəfindən atılan bu addımlar ölkədə qadınlara verilən  yüksək qiymətin göstəricisidir". 

O, statistik göstəriciləri xatırladaraq əlavə edib ki, 2015-ci ildə dövlət qulluqçusu ad qazanmış qadınları sayı 28,5 faiz təşkil edib: "Milli Məclisdə təmsil olunan qadın sayı 16,8 faiz olub. 2014-cü ilin statistikasına nəzər saldıqda görərik ki, bələdiyyə seçkilərində 35 faiz qadınların aktivliyi olub". 

Məlahət İbrahimqızı çıxışı zamanı 1 noyabr seçkisində yenidən deputat adını qazanan və yeni millət vəkili seçilən həmkarlarını təbrik edib: "Yaxınlaşmaqda olduğumuz Avropada ən çox gənclərə önəm verilsə də bizim ölkədə gənclərlə yanaşı qadınlara da daha çox dəyər göstərilir. Azərbaycanın qəhrəman qadınları, qızları var. Salatın Əsgərova, Gültəkin Əsgərova və digər adlarını sadalamadıqlarım. Bu kimi qadınlarımız Azərbaycanın adını daima ucaldır və ölkəmizdə qadınlara verilən qiyməti onların əldə etdiyi uğurları unutmadığmızı bir daha göstərir".

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşib. "Qadınların nüfuz və səlahiyətlərinin artması sahəsində ictimai dinləmələrin təşkili" lahiyəsi çərçivəsində 5 ictimai dinləmə- seminarın keçirilməsi nəzərdə tutulub: "Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə"; "Qadınların siyasi iştirakçılığı"; "Sahibkar qadınlar"; "Qadınların nüfuz və səlahiyyətlərinin artması və gender bərabərliyi"; "Qadın mövzusu KİV və sosial mediada".

Tədbirdə Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, siyasi partiyaların qadın təşkilatlarının üzvləri, millət vəkiləri, qadın ictimai birliklərinin nümayəndələri iştirak ediblər.

Orxan Aslanlı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rus dilini öyrənmək lazımdırmı?
02:23
Rus dilini öyrənmək lazımdırmı?
Azərbaycan qadınlarının siyasi iştirakçılığı araşdırıldı - FOTO
23:21
Azərbaycan qadınlarının siyasi iştirakçılığı araşdırıldı - FOTO
Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS
10:29
Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS
Terrorun gizlində qalmış ANATOMİYASI
18:35
Terrorun gizlində qalmış ANATOMİYASI
Mahal İsmayıloğlu vəfat etdi
14:24
Mahal İsmayıloğlu vəfat etdi
“Bir kəndin məşhurları
21:05
“Bir kəndin məşhurları" - Ağdamın Abdal-Gülablı kəndinin tanınmışları
140 illik mətbuatımızın ən acı taleliləri - SİYAHI
23:00
140 illik mətbuatımızın ən acı taleliləri - SİYAHI
Azərbaycanlı nazirlər ruslara uduzdu
16:00
Azərbaycanlı nazirlər ruslara uduzdu
Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşı saxlanıldı
18:30
Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşı saxlanıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol