• $
  • £

Oda və ADO teatrları bağlana bilər

Oda və ADO teatrları bağlana bilər
03.11.2015 12:24

Ölkənin yeganə müstəqil teatrları, gənclər arasında populyar olan Oda və ADO fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Bu barədə teatrların rəhbəri Elmin Bədəlov deyib.

E.Bədəlovun sözlərinə görə, hazırda maliyyə sıxıntısı üzündən teatrların taleyi sual altındadır:

"Artıq o həddə çatmışıq ki, teatrları bağlamaq haqda düşünürük. İki min manata yaxın borclarımız var. Bunların içində məhkəmə, vergi və yer sahibinə olan icarə haqqı borclarımız yığılıb.

Teatrın stullarını satışa çıxardıq, ancaq alan olmadı. Qalmışıq belə, bilmirik neyləyək. Bircə ümidimiz tamaşaçılarımızadır. Necə ki, onlar bizim teatrı üç ildir yaşadırlar, bundan sonra da bizi onlar yaşada bilər”.

Oda və ADO teatrları öz tamaşaçılarına da müraciət edib:

"Bizə ən böyük dəstək tamaşaçıların daimi olaraq tamaşalarımızda iştirakıdır. Tamaşaçılarımıza müraciət edərək bildirdik ki, tamaşalarda iştirak sayını artıra bilərlər.

Bundan əlavə, hər tamaşaçı özü ilə bir dostunu, tanışını tamaşamıza dəvət etsə, bu da böyük dəstək olacaq. Biz inanırıq ki, insanlar yeganə müstəqil teatrları olan Oda və ADO-nu xilas edəcəklər”.

Qeyd edək ki, Oda Teatrı 2013-cü ildə, ADO Teatrı isə bir neçə ay bundan öncə yaranıb. 

Oxu Zalı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol