Kərim Benzema həbs edildi

Versal polisi Madridin "Real” klubunun hücumçusu Karim Benzemanı həbs edib.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları onu Fransanın "Lion” komandasının oyunçusu Matye Valbueni şantaj etməkdə əsas şübhəli hesab edirlər.
Bundan əvvəl Rusiyanın "Kuban” klubunun keçmiş futbolçusu Cibril Sisse də tutulub. İstintaqın versiyasına görə, saxlanılanlar Valbueni "Lion”un digər oyunçusu ilə intim xarakterli videosu olması ilə şantaj ediblər. Onlar əvəzində kompromatı sosial şəbəkəyə yerləşdirəcəkləri ilə hədələyərək pul tələb ediblər.
Valbuen və Benzema Fransa milli komandasında oynayırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 