• $
  • £

Musiqili Teatrda 20-ci dəfə “Qızıl toy” olacaq - Fotolar

Musiqili Teatrda 20-ci dəfə “Qızıl toy” olacaq - Fotolar
04.11.2015 15:16
Azərbaycan Dövlət Musiqili Teatrında O. Kazımi və R. Heydərin "Qızıl toy” iki hissəli musiqili komediyası yeni quruluşda 20-ci dəfə nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 20-ci nümayişi 6 noyabr tarixində saat 19.00-da baş tutacaq. "Qızıl toy” əsəri ilk dəfə Dövlət Musiqili Teatrında (o vaxtki Musiqili Komediya Teatrında) 1980-ci ildə Rafiq Atakişiyevin quruluşunda tamaşaçılara təqdim olunub. İkinci dəfə bu maraqlı əsər 1996-cı ildə rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Hazırki – üçüncü quruluşun premyerası isə 27 sentyabr 2014-cü il tarixində keçirilib. Tamaşanın əvvəlki quruluşlarında Nəsibə xanım Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarlar rol alıblar. Bu maraqlı səhnə əsərində valideynə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.
 
 
Qeyd edək ki, hər zamankı kimi indi də tamaşaçıların böyük maraqla izlədiyi "Qızıl toy” komediyasının quruluşçu-rejissoru Yusif Əkbərov, qurulişçi-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, drijoru Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistentləri Tamilla Aslanova və Anar Sadıqovdur. Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Elməddin Dadaşov, Gülnarə Əzizova və Elnur Zeynalov ifa edirlər.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol