• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

Rza İbadovun axtarışı dayandırıldı

Rza İbadovun axtarışı dayandırıldı
04.11.2015 17:36

İngiltərəyə sığınan sabiq deputat haqda 9 il öncə başladılan proses dayandırılıb 

Milli Məclisin birinci çağırış üzrə deputatı olmuş Rza İbadov haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa xitam verilib.
Rza İbadov barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib. 

Xatırladaq ki, R.İbadovun axtarışa verilməsi ölkə gündəmində ciddi müzakirə mövzusu olmuşdu.  Sabiq deputat Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi.  Rza İbadov 1966-cı ildə Naxçıvanda anadan olub. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib. 

1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.

O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.

Xatırladaq ki, 2005-ci ildə parlament seçkiləri zamanı Rza İbadov ARDNŞ prezidenti Rövnəq Abdullayevlə rəqib olmuşdu. O vaxtlar Rza İbadovun namizədliyini geri çəkməməsi böyük qalmaqala səbəb oldu. Məsələ daha da böyüdü və R.İbadova qarşı təzyiqlər başladı. Onun həbs ediləcəyi gözlənilirdi.

R.İbadov bu hadisələrdən sonra ölkəni tərk etdi.

Sabiq deputatın hazırda Londonda yaşadığı və bizneslə məşğul olduğu bildirilir. (Musavat.com)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:43
Prezident sərəncam imzalayıb
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Siyasət 16:18
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Əliyev Qambiya prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 11:14
Əliyev Qambiya prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Siyasət 23:30
Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb
Siyasət 20:10
Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev Çin liderini təbrik edib
Siyasət 11:20
Prezident İlham Əliyev Çin liderini təbrik edib
Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 23:22
Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib
Prezidentin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb
Siyasət 21:11
Prezidentin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
Siyasət 14:18
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol