• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Ntcem Rozi: "Azərbaycan mətbəxi məni heyrətləndirdi"

Ntcem Rozi:
28.05.2020 22:47
Zarina Oruc

Noyabrın 3-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı beynəlxalq caz festivalının bağlanış mərasimi baş tutdu. 

Bakı beynəlxalq caz festivalı Bakıda 25 oktyabr - 3 noyabr tarixində keçirilirdi. 

Azərbaycan Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən festival 10 ilə yaxındır ki, müntəzəm surətdə baş tutur və təkcə ölkəmizdə deyil, xaricdə də tanınır. 

Festivalın qapanış mərasimində əslən Kamerunlu olan gənc və parlaq müğənni, gitaraçı, mahnı müəllifi və prodüsser Ntcem Rozi çıxış etdi. Rozi bir saat yarımdan çox davam edən çıxışını demək olar bir nəfəsə oxudu. Müğənni repertuarındakı bütün mahnıların müəllifinin özünün olduğunu bildirdi. Mahnılar arasındakı fasilədə o, tamaşaçılara özünün ailə, ər və nənəsi barədə hissləri barədə danışırdı. O nənəsi barədə kədərli bir əhvalat da danışdı. O, Rozi Hollandiyada təhsil alarkən vəfat edib. 

"Mən təkrar-təkrar Bakıya qayıtmaq istəyərəm, əlbəttə ki, dinləyici istəsə" - ANN.Az-ın müxbiriylə söhbətində Rozi dedi. - "Təəssüf, nə mənim, nə də komanda üzvlərimin Bakını gəzib görmək şansı olmadı. Ancaq sizə bir şeyi etiraf edim: Azərbaycan mətbəxi məni heyrətləndirdi. Sizin mətbəxinizdə o qədər kulinar sürprizlər var ki. Mənimçün yemək - böyük sevinc mənbəyidir. Axı mən Afriakadanam, qulaq diliylə də olsa, aclığın nə olduğunu bilirəm". 

Rozinin dediyinə görə, Bakı dinləyicisi çox dostcanlı və ünsiyyətcildir. Onunçün zalı silkələmək olduqca asan olub. Konsertdən sonra az qala zalın yarısı müğənnidən avtoqraf almaq, audio disk və ya disk almaq istəyirdi. 

Musiqiçi həmçinin qeyd etdi ki, müxtəlif ölkələrdəki hər bir konsertində dinləyicilərə özünün kökləri haqda məlumat verir. "İnsanlara irqi, dini və başqa bu cür xüsusiyyətlərin barədə məlumat verməyə ehtiyac yoxdur. Əsas olan xeyirxahlığa inam və qəlbi çirkli işlərlər doldurmamaqdı. Hər birimiz qəlbimizdə özünəməxsus dam qurmalıyıq, qoy orada yaxşı insanlar və xeyirxah əməllər yaşasın". 

QEYD: Bakıda keçirilən beynəlxalq caz festivalında azərbaycanlı musiqiçilərlə yanaşı, ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan musiqişilər konsert proqramı ilə çıxış edirdilər. 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər
11:12
Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər
Ntcem Rozi:
22:47
Ntcem Rozi: "Azərbaycan mətbəxi məni heyrətləndirdi"
Restoran tənqidi: “Çinar” restoranındakı xəyal qırıqlığı
15:58
Restoran tənqidi: “Çinar” restoranındakı xəyal qırıqlığı
Müharibə günlərində sevgi macəraları
17:10
Müharibə günlərində sevgi macəraları
Dünya rəssamlarının əsərləri Bakı metrosunda  - FOTO
14:21
Dünya rəssamlarının əsərləri Bakı metrosunda - FOTO
Bakı niyə ruhsuz və bozdur?
14:00
Bakı niyə ruhsuz və bozdur?
Tolstoy. Hamılıqla özümə qardaş saydığım insanlara ÇAĞIRIŞ
17:55
Tolstoy. Hamılıqla özümə qardaş saydığım insanlara ÇAĞIRIŞ
20:00
"Oğullarımın hamısı ayrı-ayrı qadındandır" - Alexandro Xodorovski
2015-in ən yaxşı 15 filmi - SİYAHI
19:34
2015-in ən yaxşı 15 filmi - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol