"Azərbaycanfilm" kinostudiyasının əməkdaşı dünyasını dəyişdi
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının əməkdaşı dünyasını dəyişib.
"Report" xəbər verir ki, kinostudiyanın əməkdaşı, işıq ustası Əliağa İbrahimov noyabrın 4-də ürək tutmasından vəfat edib.
Mərhum dünən dəfn olunub.
Əliağa İbrahimov 1955-ci ildə Bakıda anadan olub. 1976-cı ildən bu günədək ömrünü "Azərbaycanfilm" kinostudiyasına bağlayıb. Təcrübəli kino işçisi kimi tanınan Əliağa Məmmədov "Fətəli xan", "Babək", "İstanbul reysi" "Xeyirlə şərin rəqsi" və s. filmlərin işıq ustası olub.
www.ann.az
Son xəbərlər
Daha çox