• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"

Marqvelaşvili:
29.05.2020 12:26
"Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız”
 
"Mən çox sevinirəm ki, hörmətli Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə azərbaycanlı vətəndaşlarımızla görüşə gəlmişik. Azərbaycanlılar Gürcüstan dövlətçiliyini yaradanlardan biridir və biz dostluğumuzu daha da möhkəmləndiririk”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Marneulidə azərbaycanlılarla keçirilən görüşdə çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib. O bildirib ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə mühüm layihələr həyata keçirilir. Dövlət başçısı gürcü dilinin azərbaycanlılar tərəfindən öyrənilməsinə sevindiyini söyləyib: "Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiyaya can atırlar. Sizin istedadınız bizə lazımdır. Bu istək və tələbat həmişə hiss olunur və biz sizə həmişə dəstək olacağıq”.

G. Marqvelaşvili bəyan edib ki, Gürcüstan öz azərbaycanlıları ilə güclüdür: "Gürcüstanda dövlət dilini öyrənməyiniz həm də sizin mədəniyyətinizin, ana dilinizin inkişafı deməkdir. Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız”.
 
Prezident azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatı və infrastruktur sahələrinin getdikcə inkişaf etdiyini vurğulayıb: "Mən Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə kənd təsərrüfatının, infrastrukturun getdikcə inkişaf etdiyini görürəm. İndi Gürcüstanın Ümumi Daxili Məhsulunun 9 faizini azərbaycanlılar verir. Bizə yeni imkanlar lazımdır ki, Avropa bazarına daxil olaq. Gürcüstanda bunun üçün potensial var. Ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni və Avropa standartlarına uyğun standartların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu regionda iqtisadiyyatın inkişaf etdirilməsi və turizmin inkişafı vacibdir. Marneulidə və regionun digər bölgələrində yeni inkişaf perspektivləri işlənilməlidir. Bölgədə yeni layihələr həyata keçirilməlidir. Yüklərin daşınması, enerji və logistik layihələr Gürcüstan üçün səmərəli və faydalıdır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Marqvelaşvili:
12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
10:31
Asim Mollazadə kiçik və orta sahibkarlığı gücləndirməyi təklif etdi
Milli Məclisə
10:14
Milli Məclisə "əlvida" deyən deputatlar - SİYAHI
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR
10:14
Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır  - FOTO
09:57
Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır - FOTO
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
09:37
Vladimir Putin Azərbaycan prezidentinə zəng edib
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
09:29
Hansı dairədə nə qədər seçici var? - STATİSTİKA
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
09:10
Küləyə sovrulan erməni təbliğatının pulları - KÖŞƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol