• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ

Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ
06.11.2015 21:20
Bu barədə AMB-nin statistik məlumatında deyilir.

2015-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları sentyabrla müqayisədə 180 milyon dollar (2,57 faiz) - 6 834,6 milyon dollaradək azalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə AMB-nin statistik məlumatında deyilir. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 6 923,7 milyon dollar (50,3 faiz) azalıb.

Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.

Manatın devalvasiyasından sonra Mərkəzi Bankın ehtiyat valyutası azalmağa başladı. Bununla bağlı ölkənin baş bankiri Elman Rüstəmov da dəfələrlə açıqlama verib. Ötən ay E.Rüstəmov bildirib ki, 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 mlrd. dollar olub.

Baş Bankirin sözlərinə görə, bu ehtiyatlar daxili bazardan alınıb: "Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".


Elman Rüstəmov - Mərkəzi Bankın sədri

Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən E.Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.

Elman Rüstəmov onu da bildirib ki, Azərbaycanda çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır:

"Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, Mərkəzi Bankın gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ
09:01
Bakıda nəqliyyat rahat nəfəs alacaq - LAYİHƏ
Gürcüstana getmək istəyənlərə - Şad xəbər
08:43
Gürcüstana getmək istəyənlərə - Şad xəbər
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
Prezident yol tikintisinə 6,1 milyon manat ayırdı
03:45
Prezident yol tikintisinə 6,1 milyon manat ayırdı
Azərbaycanda yeni zavod inşa olunacaq
00:41
Azərbaycanda yeni zavod inşa olunacaq
İlham Əliyev benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi
Qaynari.nfo 21:55
İlham Əliyev benzinin qiyməti ilə bağlı qərarı ləğv etdi
Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI
Qaynari.nfo 21:44
Bakıda Novruz yarmarkaları bu ünvanlarda keçiriləcək – SİYAHI
Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ
21:20
Mərkəzi Bank pulun yarıdan çoxunu itirdi - RƏSMİ
Nazir:
10:32
Nazir: "Tariflər artırılmayacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol