• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb

Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb
07.11.2015 13:31
İllik müqayisədə isə azalma 55%-ə yaxın olub

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2015-ci ilin oktyabr ayı ərzində 180,1 mln. dollar və ya 2,57% azalaraq noyabrın 1-nə 6 834,6 mln. dollar təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, valyuta ehtiyatlarında ilin əvvəli ilə müqayisədə 50,3% və ya 6 923,7 mln. dollar azalma müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 54,5% və ya 8 199 mln. dollar azalıb.

Hesabata əsasən, bu ilin fevralında həyata keçirilən milli valyutanın devalvasiyasından sonra - martın 1-dən noyabrın 1-dək valyuta ehtiyatlarında 4 169,8 mln. dollar və ya 37,9% azalma olub.

Qeyd edək ki, cari il yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 13 758,3 mln. dollar təşkil edib. Yanvardan azalmağa başlayan ehtiyatlar fevralın 1-nə 12 680,8 mln. dollar, martın 1-nə 11 004,4 mln. dollar, aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra, iyul-avqust aylarında azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-nə isə 7 315,4 mln. dollara enib. Rəsmi valyuta ehtiyatları illik müqayisədə 53,17% azalaraq cari ilin oktyabrın 1-nə 7 044,2 mln. dollara düşüb. Təkcə bu ilin sentyabr ayında ehtiyatlar 3,7% azalıb. İlin əvvəli ilə müqayisədə isə azalma 48,8% olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
11:52
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
11:26
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
10:40
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
“Bu fərman ucuzlaşmaya səbəb olacaq” - AÇIQLAMALAR
08:44
“Bu fərman ucuzlaşmaya səbəb olacaq” - AÇIQLAMALAR
08:44
"Bu fərman sahibkarlara öz hüquqları olduğunu xatırlatdı" - AÇIQLAMALAR
Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR
03:11
Ekspertlər kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yollarını göstərdilər - AÇIQLAMALAR
15:56
"1 dollar 3-5 manat olacaq" – EKSPERT
Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb
13:31
Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol