• $
  • £

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olundu - Fotolar

Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olundu - Fotolar
10.11.2015 13:18

Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti, "Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızının 60 yaşı tamam olur.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Dövlət Musiqili Teatrında A. Bəşirqızının 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev başda olmaqla nazirliyin rəsmi şəxsləri və bir çox mötəbər qonaqlar – aktrisanın sənət dostları, ölkənin tanınmış ziyalıları, bir sıra teatrların nümayəndələri iştirak ediblər. Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib. Belə ki, yubiley tədbiri çərçivəsində A. Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış” komediyası nümayiş olunub.
 
Teatrın foyesində Afaq Bəşirqızının və böyük gülüş ustası Xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılığını özündə əks etdirən foto-sərgi təşkil olunub. Tamaşadan öncə cənab nazir Əbülfəs Qarayev və digər qonaqlar sərgi ilə tanış olublar.
 
"Sənətimi dəyərləndirən, bu xüsusi gündə məni tək qoymayan, tədbirdə iştirak edən, başda hörmətli nazirimiz Əbülfəs müəllim olmaqla hər kəsə minnətdarlığımı bildirirəm. Bundan sonra da tearımızın, ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafı üçün var gücümlə xidmət edəcəyəm”, - deyə A. Bəşirqızı söyləyib.
 
Qeyd edək ki, "Toya bir gün qalmış” tamaşasının quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac Əlili, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər. Tamaşaçıların maraqla izlədiyi bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edir. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.
 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol