• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Nazirlik tərəfindən “ASAN xidmət” mərkəzində növbəti lisenziyalar verildi - Fotolar

Nazirlik tərəfindən “ASAN xidmət” mərkəzində növbəti lisenziyalar verildi - Fotolar
10.11.2015 17:53

Noyabrın 10-da İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 5 saylı "ASAN xidmət” mərkəzində sahibkarlara növbəti lisenziyalar təqdim edilib.
 
ANN.Az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu lisenziyalar avtomobil nəqliyyatı ilə ölkədaxili və beynəlxalq yük daşımaları, əczaçılıq fəaliyyəti, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara verilib.
 
Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarına lisenziyaların alınması ilə bağlı edilmiş digər müraciətlərə də baxılır və qısa müddətdə lisenziyaların verilməsi təmin ediləcəkdir.
 
Xüsusi razılıq (lisenziya) almış sahibkarlar müraciətlərinə qısa müddətdə baxılmasından və lisenziyaların verilməsi prosesində şəffaflığın təmin edilməsindən məmnunluğunu ifadə etmiş, sahibkarlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi barədə dövlət başçısının Fərmanı sahibkarlığın inkişafına dəstək verməklə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların daha bir göstəricisidir.
 
Qeyd edək ki, dövlət başçısının Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların yüksək səviyyədə icrası məqsədilə qısa müddət ərzində zəruri tədbirlər görülmüş, sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi məqsədilə Nazirliyin "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşları üçün treninqlər keçirilmiş, sahibkarlıq subyektləri məlumatlandırılıb. Belə ki, bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılmış, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləmək tövsiyə edilib. Artıq lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflərin hazırlanması yekunlaşmaq üzrədir.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
07:11
"Rahat" marketlər şəbəkəsinin 28-ci mağazası açıldı - Fotolar
“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb  - Fotolar
05:20
“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb - Fotolar
Heydər Əliyev prospektində təmir işləri yekunlaşdı - Fotolar
00:47
Heydər Əliyev prospektində təmir işləri yekunlaşdı - Fotolar
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar
20:01
Ukraynada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb - Fotolar
AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu - Fotolar
19:47
AccessBank inklüziv təhsillə bağlı layihəyə dəstək oldu - Fotolar
İlk ikimərtəbəli elektrik qatarları Azərbaycana göndərildi - Fotolar
19:11
İlk ikimərtəbəli elektrik qatarları Azərbaycana göndərildi - Fotolar
Pirallahını sahillə birləşdirəcək körpünün inşası başa çatır - Fotolar
18:16
Pirallahını sahillə birləşdirəcək körpünün inşası başa çatır - Fotolar
Nazirlik tərəfindən “ASAN xidmət” mərkəzində növbəti lisenziyalar verildi - Fotolar
17:53
Nazirlik tərəfindən “ASAN xidmət” mərkəzində növbəti lisenziyalar verildi - Fotolar
Daha bir avtomobil yolunda sürüşmə aktivləşdi - FOTO
14:45
Daha bir avtomobil yolunda sürüşmə aktivləşdi - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol