• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar

Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
11.11.2015 09:29
Hyuston şəhərinin ən mötəbər məkanlarından sayılan "Zaza” otelində Azərbaycanın Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilib. Tədbir Hyustondakı "Azərbacan Mərkəzi”nin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə keçirilib.

Ziyafəti açıq elan edən "Azərbaycan Mərkəzi”nin direktoru İradə Axundova çoxsaylı qonaqlar qarşısında müstəqil Azərbaycan dövlətinin rəmzi olan üçrəngli bayrağımızın tarixindən danışıb.

Azərbaycanının ABŞ-dakı səfiri Elin Süleymanov isə Hyuston şəhərində artıq üçüncü dəfə bu bayramın qeyd edildiyini xatırladaraq bunun xoş bir ənənəyə çevrildiyini deyib.

Azərbaycanın regionda lider ölkəyə çevrildiyini qeyd edən səfir dövlət bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyini, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşdüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Tədbirdə çıxış edən Texasın dövlət katibi Karlos Kaskos Azərbaycan üçün əlamətdar olan bu günün sevincini bölüşməkdən şad olduğunu bildirib, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, o cümlədən texaslılarla azərbaycanlıların təmaslarının intensivləşməsində təmsil etdiyi ştatın maraqlı olduğunu söyləyib. Azərbaycan nümayəndələri ilə görüşləri zamanı xüsusilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə etdiyini bildirən Texasın dövlət katibi Azərbaycana səfər etmək niyyətini vurğulayıb. Karlos Kaskos Texasın qubernatoru Qreq Abbotun Azərbaycan xalqına təbriki və ən xoş arzularını çatdırıb.

Ziyafətdə, həmçinin Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Hyustonun meri Anis Parker və Texas Nümayəndələr Palatasının üzvü Alma Allen tərəfindən imzalanmış proklamasiyalar səsləndirilib. Mer Anis Parker 9 noyabr 2015-ci il tarixinin Hyustonda Azərbaycan Dövlət Bayrağı Günü elan edib.

Tədbirdə bir sıra ölkənin Hyuston şəhərində baş konsulları, diplomatik korpusun digər nümayəndələri, akademik dairələrin təmsilçiləri, habelə yerli azərbaycanlı icmasının üzvləri iştirak ediblər. //report.az
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
10:09
"Kapital Bank"a silahlı basqın olub, mühafizəçi yaralanıb - Fotolar
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar
02:03
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar
Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
02:03
Bakıda “Port Baku Bazar” qurman mağazasının açılışı olub - Fotolar
Mübariz İbrahimov haqda cizgi filmi hazırlanır - FOTOLAR
02:00
Mübariz İbrahimov haqda cizgi filmi hazırlanır - FOTOLAR
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
21:28
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - Fotolar
17:59
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - Fotolar
İlham Əliyev Fransadadır - Fotolar
09:24
İlham Əliyev Fransadadır - Fotolar
Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
19:17
Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
09:29
Azərbaycanın Dövlət Bayrağı Günü Hyustonda qeyd edildi - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol