• $
  • £

"Bakı ilə Tiflisin qardaşlaşması üçün danışıqlar aparılır"

11.11.2015 16:00
"Bakı ilə Tiflisin qardaşlaşmasını nəzərdə tutan sənədləri hazırlayırıq. Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi və Bakı şəhər meriyası arasında müvafiq danışıqlar aparılır. Biz danışıqların yekununu gözləyirik. Bundan sonra həmin sənədlər imzalanacaq”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflis şəhərinin meri David Narmaniya deyib.
 
Onun sözlərinə görə, iki şəhər arasında müxtəlif layihələr, o cümlədən investisiya layihələri həyata keçiriləcək: "Qarşılıqlı turizm tədbirlərinə də geniş yer verəcəyik. Azərbaycandan Gürcüstana turist axını getdikcə genişlənir və bu bizi sevindirir. Bu sahənin inkişafı üçün dövlət və özəl sektor böyük işlər həyata keçirir".
 
D. Narmaniya azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də turizmin inkişaf etdiriləcəyini bildirib: "İlk öncə turizmin inkişafına təkan verəcək mədəni infrastrukturu genişləndirmək, sonra isə müxtəlif layihələri həyata keçirmək istəyirik".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol