• $
  • £

Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru ilə görüşdü

Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru ilə görüşdü
29.05.2020 03:36
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.
 
"Report" xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezident, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini salamlayıblar.

Görüşdə Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki Azərbaycanın, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirib. Birinci xanım Mehriban Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Azərbaycanın birinci xanımı vurğuladı ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar.

"Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib", - deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirib. Müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyini vurğulayan birinci xanım Mehriban Əliyeva məişət zorakılığına son qoymaq sahəsində ölkədə görülən işlərdən danışıb. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan Mehriban Əliyeva ölkədə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söyləyib.

Azərbaycanın birinci xanımı BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğulayıb və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu deyib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söyləyib. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini məmnunluqla vurğulayıb.

Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nin Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol