• $
  • £

Prezident hərbi xidmətlə bağlı qanuna dəyişiklik etdi

Prezident hərbi xidmətlə bağlı qanuna dəyişiklik etdi
29.05.2020 01:40
Nazirlər Kabinetinə tapşırıq verildi

Azərbaycan prezidenti İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
 
Qeyd edək ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də 26-cı maddənin "b)” bəndi aşağıdakı redaksiyada verilib: Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər”.
 
130-cu maddənin beşinci və 162-ci maddənin üçüncü hissələrində "hərbi uçotdan çıxarılmaqla” sözləri "həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilib.
 
157-ci maddənin "b)” bəndi aşağıdakı redaksiyada verilib: xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda”.
 
169-cu maddədə "hərbi uçotdan çıxarılanlardan” sözləri "həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan” sözləri ilə əvəz edilib. 173-cü maddədə isə "hərbi uçotdan çıxarılmaqla” sözləri "həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin və həmin maddəyə "hərbi qulluqçular” sözlərindən sonra "hərbi qeydiyyatdan və” sözləri əlavə edilib. (Azərtac)


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol