• $
  • £

“Arzu və Murad” səhnədə

“Arzu və Murad” səhnədə
18.11.2015 15:47
Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və "Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə "Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsində 100-dən artıq pyes oxunub və həmin əsərlərdən yalnız 10-u münsiflər heyətinin müzakirəsinə verilib.
 
 
Münsiflərin yekdil rəyinə əsasən "Anamın kitabı” ədəbi müsabiqəsində I yerin qalibi ən yüksək bal toplamış gənc yazar Sevinc Elsevərin qələmə aldığı  "Ürəyində arzu tut” pyesi olub.  
 
 
"Müsabiqənin I yerini qazanan əsər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcək”. Bu fikirləri münsiflər heyətinin üzvü, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov mükafatlandırma mərasimindəki çıxışında söyləyib.
 
 
Qeyd olunduğu  kimi teatr öz vədinə sadiq qalaraq "Ürəyində arzu tut” əsəri əsasında "Arzu və Murad” tamaşası üzərində yaradıcılıq işinə start verib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
 
 
Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.
 
 
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf  hissləri, psixoloji və mənəvi durumu əsərin əsas ideyasını təşkil edir.  
 
 
Tamaşanın premyerasının dekabr ayının birinci yarısında nümayiş etdirilməsi nəzərdə tutulub.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol