• $
  • £

Nazirdən yeni təyinat

Nazirdən yeni təyinat
18.11.2015 17:41
Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinə yeni rəis təyin edilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, mədəniyyət və turizm nazirinin və Sumqayıt şəhər icra hakimiyyəti başçısının birgə razılığı əsasında Şükürov Mehman Şakir oğlu Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olub.

M.Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin müdirləri nazirliklə yerli icra hakimiyyətinin ümumi razılığı əsasında təyin edilir.

Xatırladaq ki, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin keçmiş rəisi Namiq Qaffarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol