• $
  • £

Putin: "Rusiya Xəzərdən Suriyadakı İŞİD mövqelərinə zərbələri davam etdirəcək"

Putin:
29.05.2020 06:24
 "Sinay yarımadasında sərnişin təyyarəsini partladan terrorçular cəzalandırılana qədər Rusiya Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməyə davam edəcək".
 
APA-nın "Interfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşü zamanı deyib. "Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməklə bağlı regiondakı dostlarımızın narahatlığına gəldikdə, bununla əlaqədar Qazaxıstan tərəfi hələlik bizə heç nə deməyib. Lakin biz bunu diqqətə alacağıq. Başa düşürük ki bəzi narahatlıqlar yaranır, lakin onu da bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində bütün səylərinin yükü də elə Rusiya öz üzərinə düşür. İŞİD və digər terror təşkilatlarının heç kimə mərhəməti yoxdur. Buna görə də hansısa narahatlıqlar yaranırsa, bunu əlbəttə ki, minimuma endirmək lazımdır. Lakin biz cinayətkarları cəzalandırmaq üçün bu işləri nə qədər lazımdırsa, o qədər davam etdirəcəyik”, - deyə V. Putin söyləyib.
 
Sinay yarımadasında Rusiya təyyarəsinin partladılması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Vladimir Putinə başsağlığı verən Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov isə bildirib ki, Qazaxıstan Rusiyanın hərbi fəaliyyəti kontekstində Xəzər səmasında yaranmış vəziyyətdən narahatdır. Onun sözlərinə görə, bununla əlaqədar beynəlxalq mülki aviahərəkət məsələsi ortaya çıxır: "Daha doğrusu, bundan sonra marşrutlar, eşelonlar və hərəkətlə bağlı hava əlaqəsini dəyişmək lazımdırmı? Bilmirəm, bu barədə məlumatınız var, ya yox, amma belə narahatlıqlar mövcuddur. Bizim qazaxıstanlı tərəfdaşlarımız bundan çox narahatdır”.
 
Putin isə əlavə edib ki, Rusiyanın Suriya əməliyyatlarının müddəti Suriya ordusunun terrorçulara qarşı hücumları ilə əlaqəli məsələdir: "Bu əməliyyatlar daimi deyil, müvəqqəti xarakter daşıyır”. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol