• $
  • £

Bakı şəhərinin təmizliyini qoruyaq

Bakı şəhərinin təmizliyini qoruyaq
29.05.2020 04:54
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə 2015-ci ilin aprel ayından dekabr ayınadək "Ekoloji Sabitlik” İctimai Təşkilatının üzvləri tərəfindən "Bakı şəhərində məişət tullantılarının idarə olunması üçün əhali arasında maarifləndirmə işinin və bələdiyyələrlə birgə tədbirlərin təşkili” adlı layihə aparılmışdır.

Layihənin əsas məqsədi Bakı şəhərində məişət tullantılarının idarə olunması ilə bağlı maarifləndirmə və təbliğatı artırmaqla, ekoloji-praktiki tədbirləri həyata keçirməklə əhalinin və gənc nəslin bu sahədəki biliklərinin və məsuliyyətinin artırılması mexanizminin işlənməsi, QHT-ləri üçün tövsiyyələr hazırlamaqla, bu sahədə Vətəndaş Cəmiyyətinin rolu və fəaliyyətinin gücləndirilməsi idi.

Son onilliklərdə Bakı şəhərində xeyli dərəcədə artan zibil və məişət tullantıları şəhərin bir çox rayonlarında yaşayış əraziləri çirkləndirir və onların sanitar şəraitini pisləşdirir.

"Ekoloji Sabitlik” İctimai Təşkilatı üzvləri tərəfindən bu problem ilə bağlı Bakı şəhərinin əsasən Nizami və Sabunçu rayonlarında ekoloji monitorinq aparılmışdır. Eyni zamanda müşahidələr Bakı şəhərinin başqa rayonlarında da (Səbail, Nərimanov, Nəsimi və Yasamal) keçirilmişdir.

Monitorinq zamanı çirklənməyə ən çox məruz qalan yaşayış yerləri, məhəllələr və çirklənmə mənbələri müəyyən edilmişdir. Məişət tullantılarının yaşayış binalarının ətrafına atılmasının, zibilin yaşayış yerlərində yandırılmasının faktları qeydə alınmışdır. Bu da ətraf mühitin çirklənməsinə, havada toksiki maddələrin yayılmasına və infeksion xəstəliklərin artmasına səbəb olur. Sabunçu rayonunda çimərliklərdə yay aylarında zibilin ətrafa tullanmasının və Xəzər dənizinin çirklənməsinin faktları da aşkar edilmişdir. Ekoloji monitorinq əsasında görülən işlərin qiymətləndirilməsi aparılmışdır.

Layihə çərçivəsində baxılan problemi araşdırmaq üçün əhali arasında ekoloji sorğu keçirilmişdir.

Layihənin keçirilməsi zamanı əhali, gənclər arasında baxılan problemlə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılmasına xüsusi diqqət yetirildi. Bunun üçün əhali ilə görüşlər və diskussiyalar aparılmışdır, orta təhsil müəssisəsində şagirdlərlə görüş təşkil edilmişdir. Belə görüşlər əhali ilə Bakı şəhərinin Nizami rayonunda və məktəblilərlə həmin rayonun E.Cəlilov adına 272 saylı tam orta məktəbdə keçirilmişdir.  

Məişət tullantılarının idarə olunması üzrə Avropa təcrübəsi də öyrənilmişdir. Bununla bağlı müşahidələr Almaniyada (Hanover və Ştadthagen şəhəri), Fransada (Paris şəhəri) və Hollandiyada (Amsterdam şəhəri) aparılmışdır.

Bakı şəhərində Vətəndaş Cəmiyyətinin rolu və fəaliyyətinin gücləndirilməsi üçün QHT-lər üçün tövsiyələr hazırlanmışdır.

Layihə üzrə keçirilən işlər Bakı şəhəri Nizami rayon Bələdiyyəsində müzakirə edilmişdir. Aparılan işlərin  nəticələri və təklifləri lazımi Dövlət orqanlarına təqdim olunacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Cəmiyyət 09:32
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Bu ərazidə 3 saat işıq olmayacaq
Cəmiyyət 08:50
Bu ərazidə 3 saat işıq olmayacaq
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol