ABŞ-ın xaricə neft satışına başlayacağı vaxt açıqlandı
ABŞ xaricə neft ixracına yanvarın ilk həftəsindən başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Texasın Enterprise Products Partners LP. Şirkətinə istinadən The Wall Street Journal yazıb.
Şirkət Hyustonda yerləşən terminaldan 600 min barel Cənubi Texas nefti yükləyəcək.
Alıcı qismində holland Vitol Group-u iştirak edəcək.
ABŞ hökuməti 1975-ci ildən qüvvədə olan xaricə neft ixracına qadağanı bir neçə gün əvvəl aradan qaldırıb və Enterprise Products Partners, Pioneer Natural Resources və Peaker Energy şirkətlərinə xaricə neft satmaq hüququ verib.
Bildirilir ki, ABŞ nefti Avropa bazarında Rusiya, Səudiyyə Ərəbistanı və Qərbi Afrikadan gətirilən neftə güclu rəqabət yarada bilər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox